Ana səhifə
21 Noyabr 2018

“Azərbaycanla Avstraliya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibdir”

Diaspora fəalı Aydan Rzayeva: “Əsas fəaliyyət sahələrindən biri də Azərbaycanla Avstraliya arasında iqtisadi əlaqələrin genişləndirilməsi olacaq”


 “Ölkələrimiz arasında dost münasibətlər mövcuddur. Doğrudur, iqtisadi əlaqələrimiz məhduddur. Lakin biz iki ölkə arasında əlaqələri təşviq etmək üçün çalışırıq. Düşünürəm ki, başqa məkanları, xalqları öyrənmək üçün mədəniyyət sahəsində fəaliyyətlər olduqca vacibdir. Məsələn, avstraliyalıların çoxu Azərbaycan haqqında düşünərkən yəqin ki, 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışmasını xatırlayırlar. Hesab edirəm ki, oxşar vəziyyət Avstraliya üçün də eynidir - yəni bizim də film və musiqilərimiz Azərbaycan auditoriyasına gəlib çatıb”. Bunu Avstraliya İttifaqının Ankara şəhərindəki səfirliyi eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Ceyms Martin Larsen deyib.
Avstraliyadakı diasporumuzun fəallarından biri, Prezident İlham Əliyevin 10 iyun 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının bu ölkədə fəxri konsulu təyin edilmiş Aydan Rzayeva da iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirir. Onun sözlərinə görə, əsas fəaliyyət sahələrindən biri də Azərbaycanla Avstraliya arasında iqtisadi əlaqələrin genişləndirilməsi olacaq. “Hazırkı iqtisadi münasibətlər iki ölkə arasındakı mümkün iqtisadi əməkdaşlığa uyğun deyil. Ona görə iqtisadi əlaqələri daha da genişləndirmək lazımdır. Yaşadığım Qərbi Avstraliya ölkə iqtisadiyyatının 45 faizini təşkil edir. Azərbaycanda isə Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi formalaşıb. Məhz bu amillər iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açır. Xüsusən sənaye, neft-qaz, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində əməkdaşlıq imkanları araşdırılmalıdır”. Diaspora fəalının sözlərinə görə, Azərbaycan şirkətlərinin Avstraliya bazarına cəlb olunması, eləcə də Avstraliya şirkətlərinin Azərbaycana sərmayə qoyması hər iki tərəf üçün faydalı ola bilər. Bunun üçün ölkələrin biznes mühiti və mövcud potensialı haqqında iş adamlarının məlumatlandırılması məqsədilə biznes forumların keçirilməsi də vacibdir. Bu mənada, fəxri konsul kimi fəaliyyətimdə bu məsələyə də xüsusi diqqət yetirəcəm”. Diaspora fəalı bildirib ki, bu məqsədlə çalışacaq ki, iki ölkənin müvafiq siyasi və iqtisadi dairələrinin təmsilçilərinin daha çox qarşılıqlı səfərləri təşkil olunsun. “İndiyədək Azərbaycan parlament nümayəndə heyəti bir neçə dəfə Avstraliyada səfərdə olub. Bir neçə il bundan əvvəl, oktyabrında Azərbaycan Milli Məclisinə seçkiləri müşahidə etmək üçün L.Simpkinsin rəhbərliyi ilə Avstraliya nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Məhz bu səfərdən sonra L.Simpkins Avstraliya parlamentində çıxışı zamanı bildirmişdi ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir. Bu mənada qarşılıqlı səfərlərin intensivləşməsi ancaq ümumi işimizin xeyrinə olar”,- o deyib. Onun sözlərinə görə, bu kimi tədbirlər Avstaliyada Azərbaycan barədə müsbət fikirlərin formalaşmasında rol oynayır.”Eyni zaman da iki ölkə sahibkarları arasında görüşlər də iqtisadi əlaqələrimizin inkişafına təkan verər.

Qeyd edək ki, artıq bu istiqamətdə müəyyən işlər görülür. 2017-ci ilin oktyabrın 18-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstraliya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, qeyri-neft sektorunun inkişafı, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, Azərbaycanın xarici ölkələrdə Ticarət evlərinin yaradılmasının, ticarət nümayəndələrinin təyin edilməsinın Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq müddətində ölkələr yaxşı siyasi əlaqələr təşkil edə bilib, lakin Azərbaycanla Avstraliya arasındakı ticarət dövriyyəsi bu səviyyəyə uyğun deyil: “Azərbaycanın çoxlu ideya və layihələri var ki, bunlar Avstraliyadan olan həmkarlarımızı maraqlandıra bilər”. Rüfət Məmmədov avstraliyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Azərbaycanın Avstraliyada diaspora təşkilatlarından biri olan  Azərbaycan-Avstraliya Dostluq Assosiasiyasının prezidenti Con Hammondun rəhbərlik etdiyi qurumun fəaliyyəti, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Con Hammond Avstraliyanın Azərbaycana investisiya qoymaqda maraqlı olduğunu deyib. Bildirib ki, Azərbaycanda əlverişli biznes imkanları mövcuddur. Azərbaycanın sabit ölkə olduğunu deyən Con Hammond vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır: “Azərbaycanda əlverişli biznes və investisiya mühiti mövcuddur. Azərbaycan dayanıqlı iqtisadi inkişafa malikdir. Burada kifayət qədər peşəkar kadr var. Bakıda bir neçə müvafiq qurumla əməkdaşlığa dair görüşlər keçirildi. Avstraliya Azərbaycanla neft sənayesi, maliyyə sektoru və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirəcək”.
Azərbaycanın Avstraliyadakı fəxri konsulu, diaspora fəalı Aydan Rzayeva Azərbaycanla Avstraliya arasında siyasi, iqtisadi, humanitar və başqa sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib, ölkələrimiz arasında dostluq, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.
Avstraliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Nizami Cəfərov iştirakçıları palatanın iş adamları arasında yeni əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumatlandırıb.
Sonra AZPROMO-nun əməkdaşı Məhəmməd Xələfovun Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.
Avstraliya İttifaqının Ankara şəhərindəki səfirliyi eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Ceyms Martin Larsen bununla bağlı deyib: “ Düşünürəm ki, əməkdaşlığın ən yaxşı yolu insanlarımızı bir-biriləri ilə əlaqə qurmağa həvəsləndirməkdi. Bu münasibətlərin içində biznes əlaqələri olmalıdır. Hazırda bu istiqamətdə uğurlu addımlar atılır”.
Beləliklə, biznes-forumun əsas məqsədi ölkələrimiz arasında ticarət və investisiya əlaqələri çərçivəsində konkret layihələrin, perspektivlərin müəyyənləşdirilməsi və Azərbaycan ilə Avstraliyanın işgüzar dairələri arasında biznesin qurulmasıdır.
 Səfir həmçinin bildirib ki, iki ölkə arasında təhsil mübadiləsi və hər iki istiqamətdə turizm axını olmalıdır. “Həqiqətən də, insanlar daha çox Avstraliyanın təbii gözəlliklərini görməyə meyl edirlər. Buraya “Böyük Sədd rifi” - dünyanın ən böyük sualtı mərcan qayalıqlarının olduğu əsrarəngiz məkan, gözəl çimərlikləri, Avstraliya faunası - kenquru və koalalar və s. daxildir. Sidney və Melburn kimi böyük kosmopolit şəhərlər də turistləri cəlb edir. Bundan başqa, Avstraliya min illər əvvələ dayanan yerli mədəniyyəti ilə də zəngindir”.
Eyni zamanda Azərbaycanın abidələri, kulnariyası, qonaqsevərliyi, təbiəti avstraliyalıları maraqlandıra bilər. Bunların Avstraliyada təbliği üçün diaspora təşkilatlarının üzərinə böyük vəzifələr düşür.

Tarix
14 Dekabr 2017 [18:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin