Ana səhifə
24 Sentyabr 2018

Mənzillərin bahalaşması üçün heç bir zəmin yoxdur

Nüsrət İbrahimov: “İpoteka strategiyası işə salınsa da, bahalaşma olmayacaq”

 

 

Son zamanlar dünyada baş verən proseslər daşınmaz əmlak bazarına da təsir edir. Məsələ ondadır ki, bir qrup ekspertr Azərbaycanda mənzillərin növbəti ildə ucuzlaşacağını, başqa bir qrup ekspert isə bahalaşacağını proqnozlaşdırır.

Məsələn, daşınmaz əmlak bazarını araşdıran ekspert Ramil Osmanlı açıqlamalarının birində qeyd edib ki, 2015-ci ildə daşınmaz əmlak bazarında qiymətlərin daha dinamik artımı ehtimal olunur: “Çünki söküntünün coğrafiyası genişlənir, müəyyən sosial və infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində dövlət tərəfindən müvafiq qərarların qəbul olunması istiqamətində atılan addımların sayı artır. Söküntü işlərinin artması ilə yanaşı, daşınmaz əmlak bazarına tələbat genişlənir. Vətəndaşlara konpensasiya kimi ödənilən vəsaitlər yenidən daşınmaz əmlak bazarına qayıdır. Bu baxımdan həm torpaq sahələrinin, həm də mənzillərin qiymətində artımlar müşahidə olunur”.

Əmlak məsələləri üzrə ixtisaslaşmış ekspert Nüsrət İbrahimov bdu məsələ ilə bağlı “Üç nöqtə”yə açıqlamasında daşınmaz əmlak bazarında qiymət artımı mərhələsinin keçdiyini, hətta kritik nöqtəyə çatdığını söyləyib: “2012-ci ildə 26 faiz, 2014-cü ildə 18 faiz bahalaşma oldu. Bundan sonra əmlak bazarında qiymət azalması zərurətdir. Ona görə ki, hər bir artımdan sonra müəyyən stabilləşmə, azalma müşahidə edilir. Yuxarıda qeyd etdiyimiz kimi, artıq biz 3 ildir əmlak bazarında qiymət artımı müşahidə edirik. Amma sonra stabilləşmə, hətta qiymətlərin enməsi qaçılmazdır, çünki qiymətlər o vaxta qədər artır ki, alıcının alıcılıq qabiliyyəti 0-a düşür. Alıcı bazarda yoxa çıxdıqdan sonra qiymətlər azalır və alıcının cibinə uyğunlaşır. Bu gün reallıq belədir ki, qiymətlər alıcının cibindən kəskin kənarlaşır”.

Müsahibimiz deyib ki, bundan sonra qiymət artımı üçün zəmin olmalıdır: “Başqa sözlə, bazara əlavə pul kütləsi daxil olmalıdır. Bunun üçün insanların gəlirləri artmalıdır ki, bahalaşmanı kompensasiya edə bilsin və eyni zamanda əlavə bahalaşmaya stimul versin. Hazırda bu yoxdur. Daşınmaz əmlak bazarına kənardan pul Rusiyadan daxil ola bilərdi, yəni ordakı soydaşlarımız bura əlavə vəsait qoymalıdırlar. Təssüf ki, Rusiyadakı  soydaşlarımızın özlərinin vəziyyəti yaxşı deyil, onların pula ehtiyacları var. Soydaşlarımız indii vaxtıilə burda aldıqları əmlakları satmaq ehtimalları böyükdür. Deməli, bu kanal da bağlıdır. Üçüncü kanal neft pullarıdır, hansı ki neft pulları ölkəyə daxil olmaları çoxalır, onlar dolayı yolla, məsələn, sosial investisiyalarla bazara daxil olur. Neft ucuzlaşırsa bu layihələrdən pul daxil olmaları azalır. Göründüyü kimi, əmlak bazarının maliyyələşmə mənbələrinin hamısı məhdudlaşıb. Ona görə qiymətlərin birmənalı artması mümkün sayılmır. Amma ucuzlaşma ehtimalları var”.

İpoteka kreditləşməsi üçün yeni strategiya ildə bağlı Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun  açıqlamaları  münasibət bildirən N.İbrahimov deyib:  “Xatırlayırsınızsa, 2007, 2008, 2009-cu illərdə bazarda aktivlik aşağı düşdü. Təkcə 2009-cu ildə aktivliyin azalması 23 faiz təşkil etdi. Tikinti sektorunda demək olar ki, binaların əksəriyyətinin tikintisi yarımçıq qaldı, tikinti şirkətləri öz işlərini dondurdular. Bu sektora stimul vermək üçün ipoteka kreditləşməsi öz işini bərpa etdi. Beləliklə, bazara pul daxil oldu və bir sözlə bazarda müəyyən canlanma əmələ gəldi. İndi bu gündə ipoteka krediti öz həcmini çoxaldarsa, bazarda müəyyən mənada canlanma əmələ gətirə bilər”.

Buna baxmayaraq, N.İbrahimov hesab edir ki, bütün bunlara baxmayaraq yenə də qiymətlərin artımı mümkün deyil: “Çünki ipoteka kreditləşməsindən aşağı ödəmə qabiliyyəti olan insanlar yararlanır. Onlarda ucuz mənzil sorağındadırlar, belə mənzillərdə Bakı şəhərində demək olar ki, yoxdur. Ancaq şəhər kənarında tikilir. Indiki halda evə ehtiyacı olan aşağı ödəmə qabiliyyətli insanların daha çox Biləcəri, Xırdalan, Masazır kimi yerlərdə həyət evlərinə meylli olacaqlar”.

İqtisadçı ekspert Vüqar Bayramov isə mənzil bazarında qiymətlərin artacağı ilə bağlı məlumatların qəsdən, süni qiymət artımı məqsədilə yayıldığını deyib: “Qlobal maliyyə böhranından sonra ekspertlər demək olar ki, hər ay növbəti aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamlar yayırdılar. Məlumat yayılırdı, amma qiymət artmırdı. Baxmayaraq ki, bununla mənzil bazarında süni tələb formalaşdırmaq və qiymət artımlarına nail olmağa çalışırdılar”.

Onun sözlərinə görə, bu məlumatları yaymaqda məqsəd aydındır: “Qiymət artımları ilə bağlı məlumatı oxuyan potensial alıcı mənzil bazarına daxil olacaq və “qiymət artımları” baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq və süni qiymət artımları baş verəcək”.

V.Bayramov deyib ki, mənzillərin bahalaşmasını şərtləndirən heç bir amil olmadığı üçün mənzillərin qiymətinin artımı müzakirə mövzusu belə ola bilməz. Əksinə, qiymətlər düşəcək, əmlak ucuzlaşacaq.

 

 

Əfsun

Tarix
26 Noyabr 2014 [14:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin