Bu rayonlarda “ASAN xidmət” mərkəzləri tikiləcək — SİYAHI

Azərbaycanın hansı rayonlarında “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub.

 

"Ucnoqta.az" xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin əvvəlində Mingəçevirdə regional “ASAN həyat” kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur: "2018-ci ildə Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında regional “ASAN xidmət” mərkəzlərinin inşasına başlanılacaq".

Qurumdan bildirilib ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Dekabrın 7-də Quba "ASAN həyat" kompleksinin rəsmi açılış mərasimi keçirilib. Yaxın günlərdə Quba “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq".

 

Tarix
14 Dekabr 2017 [11:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2017-12-14 11:10:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin