Ana səhifə
21 Fevral 2018

Dino Ndlovu “Qarabağ”dan ayrıla bilər

"Qarabağ"ın Cənubi Afrika Respublikasından olan hücumçusu Dino Ndlovu ilə bağlı yeni transfer iddiası ortaya atılıb.


Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, "Goal.com"un yaydığı xəbərə görə, Çinin "Hançjou Qrintaun" klubu Ağdam klubunun oyunçusunun xidmətində maraqlıdı.
 

Bildirilib ki, hazırda iki klub arasında danışıqlar gedir. Çin klubunun 27 yaşlı forvard üçün 1 milyon avro ödəməyə hazır olduğu yazılıb.
 

Sayt konfidensial mənbəsinə istinadən iddia edib ki, Ndlovu özü də Çin klubuna keçməkdə istəklidi. Buna əsas səbəb maliyyə şərtləridi. Ndlovunun "Hançjou Qrintaun"a keçidinin bütün tərəflər üçün xeyirli olacağı qeyd olunub.
 

Ndlovunun bu mövsüm Çempionlar Liqasındakı çıxışı ilə Çin klubunun diqqətini çəkdiyi bildirilib. Buna qədər Rumıniya "ÇFR Kluj"unun da onun xidmətində maraqlı olduğu deylirdi.
 

Qeyd edək ki, Dino 2016-cı ildən "Qarabağ"da çıxış edir. Onun müqaviləsi gələn ilin yayında bitəcək.

Tarix
14 Dekabr 2017 [18:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ