Ana səhifə
18 Sentyabr 2018

Gürcüstanda 30 yaşlı azərbaycanlı qadın intihar etdi

Gürcüstanın Qaraçöp (Saqareco) elinin Ləmbəli kəndində qadın özünü asıb. APA-nın məlumatına görə, bu barədə “Rustavi-2” televiziya kanalı məlumat yayıb. "İntihar etmiş qadını asılmış vəziyyətdə ailə üzvləri tapıb.  Ləmbəli kənd sakinləri intiharı bir  gün əvvəl baş vermiş hadisə ilə əlaqələndiriblər. 30 yaşlı Ləmbəli kənd sakini Xanım Ceyranovanı ərinin qohumları qəddarcasına döyüblər. İlkin versiyaya görə, dəhşətli hadisənin səbəbi qısqanclıq olub. Qohumlar qadını əvvəl kəndin mərkəzində, sonra isə kənddəki mağazanın arxasında döyərək,  atası evinə aparıblar", Rustavi-2 televiziyasının xəbərlər proqramında bildirilib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Polis hadisəni araşdırır.

Tarix
9 Oktyabr 2014 [11:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin