Ana səhifə
20 Oktyabr 2018

AFFA bu klubları cəzalandırdı — SİYAHI

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” - “Kəpəz”matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” - “Neftçi”matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ” - “Sumqayıt”matçının 88-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Fərhad Vəliyev sonuncu ümid foluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
 

Birinci divizionun 13-cü turunun “Binə” - “Zaqatala” matçında “Binə” və “Zaqatala” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
 

Oyunun 10-cu dəqiqəsində “Binə” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunur.
 

Birinci divizionun 13-cü turunun MOİK - “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 

Birinci divizionun 13-cü turunun “Ağsu” - “Turan Tovuz” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun futbolçusu Əlimərdan Əlimərdanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Tarix
13 Dekabr 2017 [15:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin