"Həmas" lideri İsraildə saxlanıldı

14:14 - 13 Dekabr 2017 - DÜNYA

İsrail tərəfi İordan çayının qərb sahilində 30 nəfər fələstinlini saxlayıb.

 Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, saxlanılanlar arasında "Həmas" hərəkatının liderlərindən biri, Həsən Yusif də var.
 

İsrail ordusunun mətbuat xidmətindən verilən məlumata əsasən, saxlanılanlar dinc sakinlərə hücum etməkdə ittiham edilirlər.
 

63 yaşlı Yusif "Həmas"ın qurucularından biridir. Hazırda Qəzzə sektoruna bu hərəkat nəzarət edir.

Xəbər xətti