Ana səhifə
10 Dekabr 2018

“CinemaPlus”da “Viktoriya və Abdul” premyerasından 3 gün öncə nümayiş olunub

 28 Mall TM-də yerləşən “CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 11-də real hadisələr əsasında çəkilmiş inanılmaz gözəl və təsirli tarixi dram “Viktoriya və Abdul” filminin premyerasından 3 gün öncə nümayişi keçirilib.  


Mükəmməl seçilmiş kostyumlar və qrim, səhnə dekorasiyası və aktyorluq bacarıqları, parlaq effektlər, musiqiçilərin və operatorların möhtəşəm işləri və dəqiq qurulmuş süjet xətti tamaşaçını sanki Böyük Britaniyada olduğunu hiss etdirir. 
Filmin ssenarisi jurnalist Şrabanş Bosun “Viktoriya və Abdul: Kraliçanın yaxın ətrafının real tarixçəsi” kitabının motivləri əsasında Li Xoll tərəfindən yazılıb. Filmin rejissoru Stiven Frirz. Cudi Denç kifayət qədər güclü xasiyyətli gözəl kraliça Viktoriyanı oynayıb. Cavan hindli-müsəlman rolunu isə Əli Fazal oynayıb.
18 yaşında taxta çıxmaqla ViktoriyaBöyük Britaniyanın, İrlandiyanın daha sonra isə Hindistanın imperatriçəsinə çevrilir. Kraliçanın saysız-hesabsız çalışanları arasında Abdul Kərim adlı yaraşıqlı biri olur. Gəldiyindən bəri o, kraliça yanında nüfuz qazanır. Onu çoxu qısqanır, hətta onunla bənsə belə girirlər, kralıça ilə olan münasibəti haqda isə nəinki İngiltərədə, hətta bütün dünyada belə danışılırdı
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 

Tarix
13 Dekabr 2017 [19:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin