Astara sakinindən 3 kq narkotik götürüldü

13:06 - 13 Dekabr 2017 - Xəbər

Astara sakinindən 3 kiloqram narkotik götürülüb.


Ucnoqta.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"- a verilən məlumata istinadən bildirir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Orxan Əlizadədən 41,2 qram tiryək götürülüb.
 

Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 3 kiloqram 350 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti