Meyitdən orqan köçürülməsi üzərində iş aparılır — Nazirlik

12:20 - 13 Dekabr 2017 - Xəbər

“Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir. Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”. 

 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü,  Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib. 

 
O bildirib ki, Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Şöbə müdiri qeyd edib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib. 

Xəbər xətti