Bakı hansı şəhərlə qardaşlaşacaq?

21:41 - 13 Dekabr 2017 - Xəbər

Azərbaycanın Bakı və Türkiyənin Qəhrəmanmaraş şəhərləri qardaşlaşırlar.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, Türkiyənin Qəhrəmanmaraş şəhər bələdiyyəsinin toplantısında Azərbaycanın paytaxtı Bakı ilə qardaşlaşmaq haqqında qərar qəbul edilib.
 

Bu təkliflə Qəhrəmanmaraş bələdiyyəsi noyabr ayında çıxış etmişdi.

Bələdiyyə üzvləri yekdilliklə Qəhrəmanmaraşın Bakı ilə qardaşlaşmasına səs veriblər.

Xəbər xətti