Klublar Komitəsinin yeni sədri seçilib

11:27 - 13 Dekabr 2017 - İDMAN

Klublar Komitəsinin (KK) bu il üçün sonuncu iclası keçirilir.

Ucnoqta.az Apasport.az-a istinadən bildirir ki, toplantıda KK-nin yeni sədri müəyyənləşib.
 
Səsvermə nəticəsində “Neftçi”nin prezidenti Orxan Hüseynzadə bu vəzifəyə təyin olunub. O, 7 səs toplayaraq, qarşıdakı 1 il ərzində KK-yə rəhbərlik etmək hüququna yiyələnib.
 
Bununla da, Orxan Hüseynzadə komitənin 4-cü sədri olub. Ona qədər bu posta Tuyqun Nadirov (“Xəzər Lənkəran”), Fikrət Hüseynov (AZAL) və Kamran Quliyev (“Sumqayıt”) başçılıq edib. 

Xəbər xətti