Millət vəkilləri Moskvada

10:38 - 13 Dekabr 2017 - Xəbər

Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilənYaradıcı və Elmi Ziyalıların XII Forumunda iştirak ediblər. 
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki gün davam edən Forumda MDB ziyalıları “MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsi və dəstəklənməsində humanitar əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparıb, quruma üzv dövlətlərin elm və təhsil sahəsində əməkdaşlığı, gənclər siyasəti, MDB-də mədəniyyət ilinin keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 

“Azərbaycan gəncləri mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını, qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkədə dövlət tərəfindən lazımi şərait yaradılıb.Azərbaycan dövləti nəinki özünün siyasətində gənclərə üstünlük verir, bu istiqamətdə siyasəti prioritet fəaliyyət kimi, gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir”- millət vəkili Naqif Həmzəyev Forumdakı çıxışında bildirib.

Millət vəkilləri Azərbaycanın Rusiyadakı səfirliyində Heydər Əliyevin anım mərasimində iştirak ediblər. 


Xəbər xətti