ABŞ Əfqanıstana əlavə hərbi qüvvələr yeridir

19:27 - 13 Dekabr 2017 - DÜNYA

ABŞ Əfqanıstanda əlavə olaraq hərbi qüvvələr yerləşdirməyi planlaşdırır.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin briqada generalı Lans Banç bildirib. Onun sözlərinə görə, əlavə hərbi qüvvələr gələn ilin əvvəlində Əfqanıstana göndəriləcək.
 

“ABŞ administrasiyasının qərarı ilə 2018-ci ilin əvvəlində Əfqanıstana əlavə hərbi qüvvələr yeridiləcək. Amerika bu addımla Əfqanıstanda təhlükəsizliyi daha da möhtəmlətmək istəyir”, - deyə Lans Banç bildirib.
 

Generalın sözlərinə görə, yeni hərbi qüvvələr Əfqanıstan ordusunda əlavə təlimlərə başlayacaqlar: “Əfqanıstanda güc qüvvələrinin daha da təkmilləşməsi istiqamətində böyük işlər görüləcək. Bununla da, “Taliban” terror təşkilatının terrorçuları ilə mübarizədə Əfqanıstan ordusu qələbəyə daha yaxın olar”.

Qeyd edək ki, hazırda Əfqanıstanda 14 500-dək amerikalı hərbçi xidmət edir.

Xəbər xətti