Goranboyda yol qəzasında 3 nəfər ölüb

19:05 - 13 Dekabr 2017 - HADİSƏ

Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər ölüb.
 
Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
 

Xəbər xətti