Ana səhifə
25 May 2018

Fuad Muradov: Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələr həm inkişaf etməyə başladı, həm də uzunmüddətli perspektiv açıldı. Xüsusilə gənclər hər zaman ulu öndərimizin diqqət mərkəzində olub. Bunu Trend-ə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. F.Muradov bildirib ki, ulu öndərin elə ilk fərmanlarından birinin Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı olması, ardınca Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi buna bariz nümunədir: “Ulu öndər özü həmin forumda iştirak edib gənclərimizin fikirlərini öyrənərək, Azərbaycan gənclərinin gələcək inkişafının təməlini qoyaraq həmin forumların silsilə şəklində keçirilməsinə nail oldu. Əslində, elə o zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi Azərbaycanda gənclər siyasəti formalaşmağa başladı".

Millət vəkili qeyd edib ki, həmin siyasət bu gün də davam etdirilir: "Ulu öndərin böyüklüyü o idi ki, gənclərə hər zaman etimad göstərirdi. O, hər zaman gəncləri irəli çəkərək, onlara etimad göstərərək, müxtəlif ictimai işləri həvalə edərək bir nümunə yaradırdı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirillir. Azərbaycanda gənclərin öz imkanlarını göstərməsinə həmişə şərait yaradılıb. Bu gün Azərbaycan gənci üçün bütün lazımi imkanlar var. Prezident İlham Əliyev mütəmadi olaraq gənclərlə bağlı müxtəlif sərəncamlar imzalayır. İstər Gənclər Fondunun yaradılması, istərsə də gənclər üçün qəbul edilən proqramlar onların inkişafına hesablanıb. Bütün bunlar məhz ümummilli liderin siyasi kursunun davamıdır. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini qeyd etmək lazımdır. Ulu öndərimizin mənəvi irsi olan bu Fondun fəaliyyəti bütün sahələrdə özünü göstərir. Gənclər sahəsində, xüsusilə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində aparılan işlər ümummilli liderin qoyduğu təməl prinsiplərini özündə əks etdirir".

F.Muradov vurğulayıb ki, bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyət göstərməsinin təməli ulu öndər tərəfindən qoyulub: "Gənclərimiz vətənimizin azadlığı, müstəqilliyi uğrunda hər zaman hazır olmalıdırlar. Qarabağın azadlığı üçün dövlət başçısı tərəfindən siyasi kurs bəllidir. Gənclər Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər aparmalıdırlar. Həmçinin, Ali Baş Komandanın əmrinə hazır olmalıdırlar. Ümummilli liderin də gənclərə tövsiyələri bu olub. Odur ki, gənclər daim ulu öndərin tövsiyələrini öyrənməli və öz həyatlarında tətbiq etməlidirlər. Bu bizim hər birimizin mənəvi borcudur".

O əlavə edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir: “Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib”.

Tarix
12 Dekabr 2017 [17:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin