Ana səhifə
21 Avqust 2018

Bakıda “Aşk tesadüfleri sever” filminin nümayişi... - FOTO

Türkiyənin Mədəniyyət və Turizm nazirliyi,  Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyə Mədəniyyət  günləri çərçivəsində noyabrın 25-də Nizami Kino Mərkəzində “Aşk tesadüfleri sever” filmi nümayiş olunub.

 

 

Nümayişindən əvvəl çıxış edən  “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya baş müdirliyinin idarə rəhbəri Mustafa  Yavuzkanat iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın vacibliyindən söz açıblar. Daha sonra film nümayiş olunub. “Aşk Tesadüfleri Sever”  filminin ssenaristi  Nuran Evren Şit,  rejissor isə Ömər Faruk Sorakdır. Bu filmi iki gəncin sevgiyə doğru aparan həyat yolundan bəhs edir.

 

 

Qeyd edək ki, filimdə baş rollarda Mehmet Günsür, Belçim Bilgin, Yigit Özşener,  Altan Erkekli, Ayda Aksel, Hüseyn Avni Danyal və başqaları çəkiliblər.

Onu da bildirək ki, Türkiyə Mədəniyyəti günləri noyabrın 27-dək davam edəcək.

Tarix
26 Noyabr 2014 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin