Hindistanda qar uçqunu - Hərbçilər həlak olub

01:16 - 13 Dekabr 2017 - DÜNYA

Hindistanın Cammu-Kəşmir ştatında baş vermiş qar uçqunu nəticəsində beş hərbçi həlak olub.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, uçquna son bir neçə gün ərzində yağan güclü qar səbəb olub.

Hərbçilər müxtəlif bölgələrdə baş verən uçqunlarda həlak olub.

Hazırda dağlıq ərazilərdə axtarış-xilasetmə işləri aparılır.

Xəbər xətti