Çin Şimali Koreya sərhədində düşərgə inşa edir

00:54 - 13 Dekabr 2017 - DÜNYA

Çin hökuməti Şimali Koreya ilə sərhəddə düşərgə inşa edir.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Kim Çen İn rejiminin yerlə yeksan olmasından narahatçılıq keçirən rəsmi Pekin səssiz-səmirsiz inşaat işinə başlayıb.
 

Pekin ən böyük iqtisadi müttəfiqi olan Pxenyan ilə 1416 km sərhəd xəttinə sahibdir. Bu səbəbdən sərhəd xətti boyunca düşərgələr inşa edilir. Xəbərə əsasən, təkcə Jilin vilayətində beş düşərgə inşa edilir. Çin Kim Çen İn rejiminin məhv olmasından sonra kütləvi köçdən qorxur.

Çinin XİN-inin mətbuat katibi inşaat barədə xəbərləri təkzib etməyib.

Xəbər xətti