Maradonaya Hindistanda heykəl qoyuldu - Foto

13:27 - 12 Dekabr 2017 - İDMAN

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya Hindistada heykəl qoyulub.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kəlküttə şəhərində təşkil edilən mərasimdə Maradona da iştirak edib. Məlumata əsasən, Argentina formasında və əlində Dünya kuboku olan heykəlin hündürlüyü 3,5 metrdir.

 
Maradona mərsaimdə bunları deyib: “Futbol tanrısı deyiləm, sadəcə bir futbolçuyam. Burada heykəlimin qoyulması qürur vericidir”.
 
Xatırladaq ki, Maradona 1986-cı il dünya çempionatının qalibi olub.


Xəbər xətti