Ana səhifə
23 May 2018

Gəlinini güllələyib polisə təslim oldu

Sabunçu rayonunda ov tüfəngi ilə gəlinini öldürmüş şəxs könüllü olaraq istintaqa təslim olub.
 

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, hadisə dekabrın 11-də Maştağa qəsəbəsində baş verib. Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngindən açdığı atəşlə gəlini Aysel Məmmədovanı qətlə yetirib.
 

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində S.Məmmədov könüllü olaraq Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Hadisəni törədərkən S.Məmmədovun istifadə etdiyi müvafiq sənədləri olmayan  “İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülüb.  

Araşdırma aparılır.

Tarix
12 Dekabr 2017 [22:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin