"Qoca"ya görə həbs olunan Polkovnik generalın qardaşı oğlu imiş -FOTO

12:50 - 12 Dekabr 2017 - ÖLKƏ İÇİ

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Konvoy Taborunun komandiri ədliyyə polkovnik–leytenantı  Pərviz Abdullayevin bir müddət bundan qabaq qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunması ilə bağlı xəbər vermişdik.Yayılan xəbər uzun müddət gündəmdə qalmış, sosial şəbəkələrdə də müzakirələrə səbəb olmuşdu.

 

 

Ucnoqta.az” xəbər verir ki, əməkdaşlarımızın apardığı araşdırma nəticəsində məlum olub ki, qaçan dustaqlara görə həbs olunan Konvoy Taborunun komandiri ədliyyə polkovnik–leytenantı  Pərviz Abdullayev məşhur general Dağlar Abdullayevin qardaşı oğludur. Pərviz Abdullayev Ədliyyə sisteminə gətirilməsi və ona vəzifə verilməsi də generalın adı ilə bağlıdır.

 

Dağlar Abdulayev uzun illər Silahlı qüvələrdə xidmət etmiş tibb xidmət general-mayorudur.O  2014-cü il mayın 10-da Bakıda 75 yaşında vəfat etmişdir.

 

Qeyd edək ki, bir müddət əvvəl Pentensiar Xidmətin rəisi, ədliyyə general –mayoru Ceyhun Həsənovun əmri ilə həbs olunan Pərviz Abdullayev yerinə Azad Maşanov Pentensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib.

 


Xəbər xətti