Ana səhifə
16 Fevral 2019

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”ı komandasına nümunə göstərdi

Danimarkanın “Kopenhagen” klubunun baş məşqçisi Stole Solbakken Avropa Liqasında Madrid “Atletiko”suna rəqib olmalarından danışıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, ispan nəhəngi ilə matçlar üçün “Qarabağ”ı komandasına nümunə göstərib.
 

Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində Ağdam klubuna uduzan danimarkalıların çalışdırıcısı Qurban Qurbanovun komandasının madridlilərlə heç-heçə etməsini yada salıb: “Bu mövsüm ÇL-in pley-off mərhələsində bizi çətinliklə məğlub edən “Qarabağ” qrupda “Atletiko” ilə 2 heç-heçə etdi. Bilirəm ki, bu çox çətindir. Amma biz də bacara bilərik”.
 

Xatırladaq ki, "Qarabağ" evdə "Kopenhagen"1:0 hesabı ilə qalib gəldiyi səfərdə 1:2 hesabı ilə uduzsa da, səfər qoluyla ÇL-in qrupa düşə bilmişdin. 

Tarix
12 Dekabr 2017 [11:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin