Ağdaşda 15 yaşlı qız turnikdən yıxılaraq ölüb

10:49 - 12 Dekabr 2017 - HADİSƏ

Başı betona dəyən 15 yaşlı qız kəllə-beyin travması alaraq ölüb

Ağdaş rayonunda bədbəxt hadisə baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Orta Ləki qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2002-ci il təvəllüdlü O. M. öz həyətlərində turnikdə idman edərkən yıxılıb. Başı betona dəyən 15 yaşlı qız kəllə-beyin travması alaraq ölüb.

Xəbər xətti