Ana səhifə
21 Sentyabr 2018

Bakıda yeni yol (FOTO)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Dairəvi yola birləşdirliməsi məqsədilə yeni yol tikilir. 



Ucnoqta.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin  verdiyi məlumata görə, sözügedən yolun ümumi uzunluğu 1km-dən artıq, eni isə 13m təşkil edəcək.

“3 zolaqlı yol üzərində uzunluğu 445m uzunluğunda15 aşırımdan ibarət estakada inşa olacaq. Hazırda estakadanın başlanğıc və Dairəvi yola birləşən hissəsində, yəni kənar dayaqların özülündə svayların (qazma-doldurma metodu ilə) quraşdırılması, orta dayaqlarda isə armaturlanma və betonlanma işləri gedir”, - deyə Pünhan Mürsəliyev bildirib.

Sözügedən layihə istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adalanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və Dairəvi avtomobil yolununa manesiz çıxa biləcəklər. (ANS PRESS)

Tarix
26 Noyabr 2014 [12:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin