İspaniyada onlarla reys təxirə salındı

16:42 - 11 Dekabr 2017 - DÜNYA

İspaniyada tüğyan edən “Anna” qasırğası ilə əlaqədar ölkənin bir neçə hava limanında 50-yə yaxın reys təxirə salınıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, “Anna” qasırğası ötən gün axşam saatlarından başlayıb.

Madrid beynəlxalq hava limanında 8, Barselona hava limanında isə 21 reysin təxirə salındığı bildirilir.
 

Məlumata görə, təbiət hadisəsi digər şəhərlərin hava limanlarına da təsir edib.

Xəbər xətti