Saakaşvili öz ölümündən danışdı: “Prezidentin necə öləcəyini göstərəcəm”

15:39 - 11 Dekabr 2017 - DÜNYA

Mixail Saakaşvili onu həbsxanaya qaytaracaqları təqdirdə yenidən aclıq aksiyasına başlayacağını deyib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, məhkəmə zalında 2 dövlət himnini də ifa edib.
“Mən qorxmuram. Mən prezidentin necə işləyəcəyini göstərdiyim kimi, onun necə öləcəyini də göstərəcəm. Əgər məni həbsxanaya qaytarsalar, sona qədər aclıq edəcəm. Amma heç də hər kəs bu qətlin necə baş verdiyini bilməyəcək”.
 
O, ölsə də, Ukrayna xalqında azadlıq eşqini heç kəsin söndürə bilməyəcəyini deyib.

Xəbər xətti