Əsədlə Putin hərbi bazada görüşüblər

15:03 - 11 Dekabr 2017 - DÜNYA

Bu gün Türkiyə səfəri öncəsi gözlənilmədən Suriyaya səfər edən Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədlə görüşüb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki liderin görüşü Hmeymim hərbi bazasında baş tutub. Bəşər Əsəd görüş zamanı terrorizmlə mübarizədə effektiv iştirakına görə Rusiya dövlət başçısına minnətdarlığını bildirib. 

Putin Suriyada dinc həyatın bərpası üçün Türkiyə və İranla birgə yardım etməyə hazır olduğunu ifadə edib: “Bu, həqiqətən bizim birgə işimizin əhəmiyyətli nəticəsidir. Terror təhlükəsi hələ də çox yüksəkdir. Suriyada ən önəmli terror qruplaşması olan İŞİD-i məğlubiyyətə uğratmağımız həm Suriya, həm Rusiya, həm də bütün dünya üçün son dərəcədə vacibdir”. 

Xəbər xətti