Ana səhifə
23 May 2018

Mourinyo butulkanı futbolçunun başına çırpdı - qalmaqal

Qonaqların məşqçisi Mikel Artetanın qaşı partlayıb

İngiltərə Premyer Liqasının 16-cı turunda dünən keçirilən “Mançester Yunayted” – “Mançester Siti” oyunundan (1:2) sonra futbolçular arasında kütləvi dava olub. Qol.az-ın “The Telegraph”a istinadən yaydığı xəbərə görə, insident əvvəlcə meydan sahiblərinin baş məçqçisi Joze Muorinyo ilə “şəhərlilər”in qapıçısı Ederson arasında yaşanıb.
 
Qonaqların qələbəni həddindən artıq yüksək səslə qeyd etməsi Mourinyonu əsəbləşdirib. Portuqaliyalı çalışdırıcı buna etirazını bildirmək üçün rəqibin paltardəyimə otağına daxil olub. Bu zaman onunla braziliyalı qolkiper arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən Mourinyo Edersonun başına plastik qab çırpıb. Ardınca “Mançester Siti”nin futbolçuları Mourinyonun üzərinə su qabı atıblar. Nəticədə hər iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. Qonaqların məşqçisi Mikel Artetanın qaşı partlayıb.
 
Mühafizəçilər isə bütün bunlar baş verəndən sonra aranı sakitləşdirib.
Tarix
11 Dekabr 2017 [14:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin