Vladimir Putin Suriyaya səfər edib

14:07 - 11 Dekabr 2017 - DÜNYA

 Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, Suriyanın Xmeymim bölgəsində yerləşən Rusiya hərbi bazasına baş çəkib.


Hərbi bazada V.Putini Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Moskvanın Suriyadakı hərbi komandanlığının rəisi general-polkovnik Sergey Surovikin, BMT-nin Suriyada tanıdığı hökumətin başçısı Bəşşar Əsəd qarşılayıb.

Qeyd edək ki, V.Putinin bu gün Suriyadan Türkiyəyə gələcəyi gözlənilir. 
 

Xəbər xətti