DTX-nin əməkdaşı dünya çempionu olub - FOTOLAR

13:11 - 11 Dekabr 2017 - İDMAN

 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatları və digər mötəbər beynəlxalq əhəmiyyətli turnir və yarışlarda uğurlar əldə edərək Azərbaycanın bayrağını yüksəklərə qaldırırlar.
 

DTX-nin ictimai əlaqələr şöbəsindən SalamNews-a bildiriblər ki, növbəti belə qələbələrdən biri də dekabrın 8-10-da İtaliyanın Florensiya şəhərində keçirilən və 35 ölkənin təcrübəli idmançılarının mübarizə apardıqları “K-1 full kontakt” döyüş növü üzrə dünya birinciliyində qazanılıb.

Xidmətin əməkdaşı Ziya Bayramov çətin yarışlarda məharətlə mübarizə apararaq rəqiblərini məğlub edərək dünya çempionu adına layiq görülüb.

İnanırıq ki, bu gün hər sahədə uğurlara doğru cəsarətlə və qətiyyətlə addımlayan Azərbaycanın bütün idmançıları, o cümlədən DTX-nin əməkdaşları olan idmançılarımız bundan sonra da yüksək nəticələr əldə edərək ölkəmizin idman nüfuzunun artmasına öz layiqli töhfələrini verəcəklər.


Xəbər xətti