Tanınmış jurnalistlər klub rəsmisi oldu

12:52 - 11 Dekabr 2017 - İDMAN

Birinci divizionun debütantı “Xəzər” klubunda yeni təyinatlar reallaşıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi mətbuatdan iki transfer edib.
 

Bir müddət əvvəl “Şüvəlan”dan ayrılan Emin Abbasov I divizion klubunda icraçı direktor təyin edilib. Əvvəllər "Xəzər TV"də işləmiş Emin Abbasov son dövrlər "CBC Sport"da şərhçilik edirdi.

 

ANS-in sabiq aparıcısı, “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin keçmiş rəhbəri Gündüz Abbaszadə də “Xəzər”də vəzifəyə təyin edilib. O, bundan sonra klubun baş meneceri kimi fəaliyyət göstərəcək.

Xəbər xətti