"Sumqayıt"ın baş məşqçisi "Atletiko"nun düşərgəsinə yollanıb

23:01 - 11 Dekabr 2017 - İDMAN

"Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyası üzrə məşqçi kurslarını uğurla başa vurması məqsədilə İspaniyaya yollanıb.

Trend klubun saytına istinadən məlumat verir ki, çalışdırıcı AFFA-nın dəstəyi ilə təcrübə proqramının növbəti mərhələsini 10-17 dekabr tarixləri arasında Madrid “Atletiko”sunun düşərgəsində keçirəcək.

Bir həftə davam edəcək olan təcrübə proqramında S.Abasov “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone ilə görüşəcək və komandanın hazırlıq prosesini izləyəcək.

Xəbər xətti