Ana səhifə
18 Fevral 2019

“Beşiktaş”ın rəqibi kim olacaq?

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyacaq. 
 
Reqlamentə əsasən, 1/8 finalda qrup qalibləri bu mərhələyə ikinci yerlə adlayan komandalara rəqib olacaqlar. Püşk zamanı eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməyəcək.
 
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
 
Çempionlar Liqası
1/8 final
 
Qrup qalibləri: “Mançester Yunayted” (İngiltərə), PSJ (Fransa), “Barselona” (İspaniya), “Roma” (İtaliya), “Tottenhem” (İngiltərə), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Beşiktaş” (Türkiyə)
 
Qrup ikinciləri: “Yuventus” (İtaliya), “Bazel” (İsveçrə), “Şaxtyor” (Ukrayna), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Real” (İspaniya), “Porto” (Portuqaliya), “Sevilya” (İspaniya)
 
1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.

Tarix
11 Dekabr 2017 [10:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin