Lionel Messi daha bir rekorda imza atıb

19:38 - 11 Dekabr 2017 - İDMAN

"Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.
 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, bu barədə klubun saytı məlumat yayıb.
 
Belə ki, argentinalı futbolçu bir klubun heyətində vurduğu qolların sayına görə “Bavariya”-nın keçmiş futbolçusu Herd Müllerin rekordunu təkrarlayıb. Dekabrın 10-da "Vilyarreal"la matçda Messi “Barselona”nın heyətində 525-ci qolunu vurub.
 
Qeyd edək ki, Herd Müller 1964-1979-cu illərdə “Bavariya”nın şərəfini qoruyub. Messi 2004-cü ildən etibarən “Barselona”da çıxış edir. Bu mövsümdə L.Messi İspaniya çempionatında 15 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti