Ana səhifə
20 Avqust 2018

Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal

Bakıda güllələnmə hadisəsi baş verib.
 

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Vüsal Tufan oğlu Tanrıverdiyev Ramanı qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. V.Tanrıverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

 

Hadisə nəticəsində ata və oğul güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
11 Dekabr 2017 [10:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin