Ana səhifə
25 May 2018

Azərbaycan idmançıdan — MÖHTƏŞƏM QƏLƏBƏ

Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə "Glory" seriyalı növbəti turnir keçirilib.

Ölkə.Az yenicag.az-a istinadən xəbər verir ki, Azərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Alim Nəbiyev də "Glory 49"un iştirakçısı olub. Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız təşkilatın sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb.

Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da "Glory" reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahının 6-cı pilləsində qərarlaşıb.

 

Xatırladaq ki, Rotterdamdakı uğur Alimin "Glory" seriyasında 2-ci qələbəsi olub. Oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienota qalıb gələn idmançımız bu dəfə aktivinə növbəti qələbəni yazıb.

Tarix
10 Dekabr 2017 [19:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin