Ana səhifə
13 Noyabr 2018

"Azəriyolservis"dən yeni qərargah

Nəqliyyat Nazirliyi tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış  mövsümünə hazırlıq məqsədilə artıq əmr hazırlanıb. “Azəriyolservis” ASC-dən verilən məlumata görə, əmrə əsasən payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə cəmiyyətin mərkəzi aparatında qərargah yaradılıb. Bundan əlavə Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yolları üzrə  tədbirlər planını hazırlayaraq  icrasına başlayıb. Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirmək, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların, küveytlərin təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyatının yaradılması daxildir. Bütün bu işlərin oktyabr ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Eyni zamanda magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən  avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün Cəmiyyətin mərkəzi aparatında sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq.

 

Xalid

Tarix
9 Oktyabr 2014 [12:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin