“Neftçi” yenə “Zirə” ilə bacarmadı

20:25 - 10 Dekabr 2017 - İDMAN

Azərbaycan Kubokunun 1/4 finalı çərçivəsində daha bir matç başa çatıb.

 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Zirə” öz meydanında “Neftçi”ni qəbul edib.

 

Matçın taleyini 1 qol həll edib. 86-cı dəqiqədə David Manqanın vurduğu qol

“Zirə”yə minimal hesablı qələbə qazandırıb.

 

Qeyd edək ki, bu iki komanda arasında bütün turnirlər daxil olmaqla ümumilikdə 14 matç keçirilib. "Neftçi" rəqibinə cəmi 2 dəfə üstünlük qura bilib, 2 matçda isə bərabərlik əldə edib. Digər 10 matçı isə "Zirə" qazanıb.

Xəbər xətti