Bakıda intihara cəhd edən şəxs xilas edilib

19:51 - 10 Dekabr 2017 - HADİSƏ

Bakıda intihara cəhd hadisəsi baş verib.

 

Ucnoqta.az Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata istinafən bildirir ki, Bakı şəhərinin, Binəqədi rayonunda 1 nəfər intihar məqsədilə altımərtəbəli yaşayış binasının damına çıxmışdır.

 

Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşla söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırmışlar. Əməliyyat başa çatmışdır.

Xəbər xətti