Şəkidə ağır qəza: 4 ölü, 4 yaralı - Yenilənib

15:15 - 10 Dekabr 2017 - HADİSƏ

Şəkidə 4 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində  baş verib.  Hələki  sürücülərinin şəxsiyyəti dəqiqləşməyən “Mersedes” və “Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, ikisi isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.

 

Yaralılardan 3 nəfəri Mingəçevir ŞMX-a, bir nəfər  isə Şəki MRX-a aparılıb.

 

Şəki MRX-dan bildirilib ki, yaralının müayinəsi aparılır, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Xəbər xətti