ABŞ-da təyyarə evə düşdü, 2 nəfər öldü

14:30 - 10 Dekabr 2017 - DÜNYA

ABŞ-ın Kaliforniya ştatının San-Diyeqo şəhərində yüngülmotorlu təyyarə evlərdən birinin üzərinə düşüb.

 

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsindən olan 4 nəfərdən 2-si həlak olub.

 

Qeyd olunur ki, qəza baş verdiyi zaman ev sahibləri evdə olmayıblar.

Xəbər xətti