Azərbaycan kubokunda 1/4 final mərhələsi başlayır

10:38 - 10 Dekabr 2017 - İDMAN

Bu gün  Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək. İlk matç günündə iki qarşılaşma keçiriləcək.  "Keşlə"  "Kəpəz"i, "Zirə" isə "Neftçi"ni qəbul edəcək. Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 11-i keçiriləcək. 10 dekabr (bazar) Azərbaycan kuboku 1/4 final, ilk oyunlar 14:00. "Keşlə” – "Kəpəz” Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov "İnter Arena” 16:00. "Zirə” – "Neftçi” Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov Zirə İdman Kompleksinin stadionu 11 dekabr (bazar ertəsi) 16:00. “Qəbələ” – “Səbail” Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov Qəbələ şəhər stadionu 19:00. “Qarabağ” – “Sumqayıt” Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov “Azersun Arena” qol.az

Xəbər xətti