Şimali Koreyadan Qüds qərarına reaksiya — "İblis qərarıdır"

21:30 - 9 Dekabr 2017 - DÜNYA

Son günlər ABŞ prezidentinin Qüds qərarından sonra müsəlman dünyasında gərginlik artmaqda davam edir.
 

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Şimali Koreya da məsələ ilə bağlı açıqlama verib.
 

Şimali Koreyanın xarici işlər nazirliyindən verilən açıqlamada ABŞ prezidenti Donald Tramp sərt şəkildə tənqid edilir. Açıqlamada deyilir: "Ağlı yerində olmayan qoca BMT iclasında tamamilə müstəqil dövlət olan Şimali Koreyanı yox etmək barədə danışdığı üçün bu hərəkətinə təəccüblənmədik. Bu səbəbdən Trampın Qüds qərarı düşüncəsiz və iblisanə qərardır. Bu həmlə, bütün dünyaya kimin sülhə qarşı təhdid olduğunu açıq şəkildə nümayiş etdirir".

Xəbər xətti