Qurban Qurbanov mükafatına qovuşdu - Fotolar

20:20 - 9 Dekabr 2017 - İDMAN

Bu gün Komanda.az-ın keçirdiyi sorğunun nəticəsinə əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib.

 

Ucnoqta.az “Qafqazinfo”ya istinadn xəbər verir ki, tədbirdə PFL prezidenti Ramin Musayev, idman ictimaiyyəti və media nümayəndələri iştirak edib.

 

Qurbanova mükafatı saytın baş redaktoru Rəşad Ergün təqdim edib.

 

Xatırladaq ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan 45 yaşlı mütəxəssis 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.


Xəbər xətti