Ana səhifə
19 Avqust 2018

Mal əti adı ilə əhaliyə at əti satılıb - Daha bir iyrənc əməl

Oğuz rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb.

 

"Ucnoqta.az: “Qafqazinfo”-a istinadən xəbər verir ki, dekabrın 6-da alınmış məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı Seyid talası adlanan əraziyə baxış keçirilib.

Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş 1 baş atın baş-ayaqları və “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənmiş at cəmdəyinin olması müəyyən edilib. Lakin “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilini saxlamaq mümkün olmamış və at kəsimi ilə məşğul olanlar avtomobili sürərək ərazidən uzaqlaşıblar.

Hadisə ilə əlaqədar dərhal Oğuz Rayon Polis Şöbəsinə müraciət edilib və dekabrın 7-də “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilində olan İsmayıllı rayon sakinləri Ziliyev Vüqar Təşkilat oğlu və Qurbanov Gündüz Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıblar.

Avtomobilin yük yerinə baxış keçirərkən dərisi soyulmamış, antisanitar şəraitdə daşınan, 180 kq çəkisində olan atın şaqqalara bölünmüş bud və cəmdəyi aşkar olunub.

İlkin araşdırma nəticəsində Vüqar Ziliyev və Gündüz Qurbanov həmin atı Oğuz rayonun Filfilli kənd sakini Seyidəliyev Xəyal Mustafa oğlundan aldıqlarını və at ətinin Bakı şəhərində satılması məqsədi ilə kəsdiklərini bildiriblər.

“VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozan və qanunsuz at kəsimi ilə məşğul olanlar-İsmayıllı rayon sakinləri Vüqar Təşkilat oğlu Ziliyev və Gündüz Əbülfəz oğlu Qurbanov barəsində akt yazılaraq inzibati protokol tərtib edilib.

Hadisə ilə bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Tarix
9 Dekabr 2017 [18:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin