Azərbaycan nefti 2% bahalaşıb

11:12 - 9 Dekabr 2017 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,37 dollar və yaxud 2,13% artıb.
 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 65,79 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti