Ana səhifə
19 İyul 2018

“Napoli” Ramil Şeydayevi istəyir ? - Futbolçudan açıqlama

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının IV turundan təxirə salınmış oyundan sonra müsahibə verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, milli komandamızın da üzvü olan 21 yaşlı hücumçu öncə matçı dəyərləndirdik.

 

- Yaxşı oyun keçirdik. 90 dəqiqədə oyunu nəzarətdə saxladıq, meydanda dominantlıq etdik. Fikrimcə, layiqli 3 xal qazandıq.

 

- Düşünmürsən ki, "Qarabağ" ikinci hissədə rəqib futbolçularının yorulmasından sonra qollar vurmağa başladı?

- Bu, onların problemidi. Bizlik nə var ki?! Oyun iki hissədən ibarətdi. Ona görə də bir yox, iki hissəlik mübarizə lazımdı.

 

- "Qarabağ" qələbəni nəyin sayəsində qazandı?

- Oyun intizamı, sürətli hücumlar, topa çox nəzarət sayəsində. Düzdü, səhvlərimiz də vardı. Amma bunları özümüz düzəltdik, hücuma atıldıq və qollar vurduq.

 

- Özün də qol vura bilərdin, ancaq yenə alınmadı. Bu, nə ilə bağlı idi?

- Nə deyim, alınmır. Bir az da şanssızlıq olur, bəxt çatışmır. İnanıram ki, qol da vuracağam və hər şey normal olacaq.

 

- Amma Almaniya ilə səfər oyunundan sonra hamı Ramil Şeydayevdə hər şeyin yaxşı olacağını düşünürdü...

- Bunun üçün oynamaq, oynamaq və yenə də oynamaq lazımdı. Hələlik istədiyim alınmır.

 

- Yenə heç nə alınmasa, daha bir il "Qarabağ"da qalmaq istərdin?

- Bunu deyə bilmərəm. Hələlik icarə müqaviləm cari mövsümün sonunadəkdi. Sonrasına isə baxarıq.

 

- Baş məşqçi Qurban Qurbanovla bu barədə danışmısınız?

- Fikrimcə, hələ tezdi. Qarşıda yarım il var. Mövsümün sonunda mütləq bu barədə danışacağıq.

 

- Qol vura bilmədikdən sonra aqressiv olursan, yoxsa bizə elə görünür?

- Əlbəttə, bir hücumçu olaraq qol vurmaq istəyirəm. Buna nail olmaq mənim işimdi. Qol vurmalı, komandama faydalı olmalıyam. Nə isə alınmayanda özümə də təsir edir. 

 

-  "Trabzonspor"a qayıdış perspektivin var?

-  İndi bunu demək çətindi. Hazırda bu qədər uzağa baxmıram Çünki hazırda bütün fikrim "Qarabağ"dadır. Yalnız qol vurmaq istəyimi gerçəkləşdirmək haqda düşünürəm. Hələ 1 il də burada ola bilərəm. Necə olacağını indi demək çətindi. "Trabzonspor"la isə müqaviləm var. Qayıtmağımı istəsələr, Türkiyəyə dönməli olacağam.

 

- Bunu etsələr, Burak Yılmaz, Uqo Rodalyeqa kimi hücumçularla rəqabətə duruş gətirə biləcəksən?

- Qayıtmağımı istəmələri onlara lazım olmağım, bunu bacaracağım anlamına gəlir. 

 

- Mətbuatda yazılanlara əsasən, "Vest Hem"lə  "Napoli" səni istəyir. Bu, doğrudurmu?

- Bilmirəm. Hələ heç nə bəlli deyil.

 

- Artıq Azərbaycan dilini öyrənməyə başlamısan?

- Əlbəttə, azərbaycanca öyrənməyə, danışmağa çalışıram. Əlbəttə, elə də yaxşı bacarmıram. Amma bir çox şeyi bilirəm.

Tarix
9 Dekabr 2017 [10:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin