Ərdoğan dəvət etdi, Putin Türkiyəyə gedir

17:45 - 8 Dekabr 2017 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin dövlət başçısı Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 
 

Səfər dekabrın 11-nə planlaşdırılır. Putin həmkarı Ərdoğanla beynəlxalq problemləri, o cümlədən Yaxın Şərqdəki situasiyanı və Suriya münaqişəsinin həlli yollarını müzakirə edəcək. 

Xəbər xətti