Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başladı - 233 yaralı - YENİLƏNİB

17:24 - 8 Dekabr 2017 - DÜNYA

Fələstində Qüdsün, İordan çayının qərb sahilinin və Qəzza zolağının sərhədyanı rayonlarında cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində yaralananların sayı 233 nəfərə çatıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin həkimləri bildiriblər.
İsrail hərbçilərinin hesablamasına əsasən, İordan çayının qərb sahilində keçirilən etiraz aksiyasında 3 min nəfər, Qəzza zolağının sərhəd rayonunda isə bir neçə yüz nəfər iştirak edib.

Məlumata görə, İordan çayının qərb sahili və Qüdsdə 217 nəfər, Qəzza zolağında isə 16 nəfər yaralanıb.


Xəbər xətti